Global Village İyun 2019

0

Global Village AIESEC Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı tərəfindən 2011-ci ildən bəri hər il keçirilən rəngarəng, enerjili mədəniyyət festivalıdır. Dünyanınmüxtəlif ölkələrindən olan nümayəndələr dostluq abu-havasını yaratmaq və dünyanın necə rəngarəng və unikal olduğunu göstərmək üçün bir yerə toplaşacaqlar!
Tədbirin qonaqları müxtəlif ölkələrin musiqisi, rəqsləri, incəsənət və adət-ənənələrindən zövq ala bilərlər, çünki yalnız mədəni anlaşma və tolerant münasibət vasitəsilə dünyada birlik və harmoniya əldə edə bilərik.

Global Village tədbirində sizə AIESEC Azərbaycan tərəfindən dünyanın 30-dan çox ölkəsindən Azərbaycana Global Volunteer proqramı ilə dəvət olunan xarici könüllülər öz mədəniyyətlərini, adət-ənənələrini təqdim edəcəklər. Onlar Bakıda AIESEC Azərbaycan tərəfindən təşkil olunmuş müxtəlif layihələrdə çalışırlar.

Vaxt: 19 İyun 2019, 18:00
Tədbir Bakı Bulvarında, Azərbaycan Dövlət Kukla Teatrının arxasında keçiriləcək.
Tədbirdə iştirak pulsuzdur.

Gəlin və unudulmaz, şən və macəralı abu-havanın bir hissəsi olun!