BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı təlimlərə başlayır

0

?Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı təlimlərə başlayır!

⚖️Vətəndaş cəmiyyəti nümayəndələri və hüquqşünaslar üçün keçiriləcək təlimlər BMT-nin insan hüquqları sistemi və müəssisələri, eləcə də onların insan hüquqlarına dair iştirak mexanizmlərində rolu barədədir.

?Təlimlərdə iştirakçılar aşağıdakı vəsaitlərlə təmin olunacaq:
• BMT-nin xüsusi orqanları və mandatlarının, eləcə də BMT-nin müqavilə orqanlarının yekun qeydlərinin xülasəsi;
• Milli tərəfdaşların BMT-nin İnsan Hüquqları mexanizmlərində iştirak yollarının xülasəsi;
• Azərbaycanın sahə üzrə ən son dövri hesabatlarına baxışların keçirilməsindən sonra qəbul edilmiş Yekun Qeydlər;
• Müqavilə orqanlarının qəbul etdiyi Ümumi Şərhlər və Ümumi Tövsiyələrdən ibarət vəsaitlər toplusu

?Ödənişsiz təlimlərdə iştirak etmək istəyənlər tərcümeyi-hallarını (CV) ?[email protected] elektron poçt ünvanına göndərməlidir.

?Müraciət üçün son tarix: 1 iyul

? Təlimlər azərbaycan dilində keçiriləcək.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin