Oyun analizi | Psixologiya təlimi

0

Sevgili dostlarımız!

“Gəl Danış” sosial təşəbbüs komandası tərəfindən növbəti təlim elan edilir.

Komandamız tərəfindən bu dəfəki təlim mövzumuz kimi, “Oyun analizi: “Psixologiya təlimi” təyin edilib.

Psixoloq Nərmin Şahmarzadənin iştirakı ilə baş tutacaq və 2,5 saata yaxın davam edəcək, coffee break və canlı musiqiyə də yer ayıracağımız maraq dolu tədbirimizə hər biriniz dəvətlisiniz.

Təlim ərzində müəyyən intervalla danışılacaq mövzuları sizlərlə bölüşürük:

1. Oyun Analizi
2. Həyat oyunları
3. Evlilik oyunları
4. Seksuallıq əsaslı oyunlar

Bildirmək istərdik ki, psixologiya bölümü ilə əlaqəli təlimlərimiz ardıcıl keçiriləcək.

Maariflənmək, biliklərimizi təkmilləşdirmək, birlikdə öyrənmək üçün sizləri 23 iyun tarixində Flora Hostelə gözləyirik!

Qeyd: İştirak ödənişsizdir.

Məkanı tanımayanlar üçün əlaqə nömrəsi: 050 785 62 83 (Ümman)

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin