SDG Talks: Dayanıqlı iqtisadi inkişaf siyasətləri

0

“SDG Talks” mühazirələr sessiyamızın bu dəfəki qonağı Təhmasib Əlizadə “Dayanıqlı iqtisadi inkişaf siyasətləri” mövzusu ətrafında çıxış edəcək.

Sessiya ərzində aşağıdakı mövzular ətrafında danışalacaq:
– Dayanıqlı iqtisadi inkişaf üçün siyasi, iqtisadi, sosial və digər institutların əhəmiyyəti
– İqtisadi demokratiya
– Yenilikçilik və texnoloji tərəqqi
– Müxtəlif istiqamətlərdə dayanıqlılıq hədəfi

Təhmasib Əlizadə – bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakülətsində “Dünya iqtisadiyyatı” ixtisası üzrə almışdır. Magistr dərəcəsini Almaniyanın Fridrix Şiller Jena Universitetinin İqtisad proqramı üzrə “İnnovasiya və İnkişaf” ixtisası istiqamətində əldə etmişdir. 2015-ci ildən etibarən Azərbaycan Dövlət İqtisadi Universitetində (UNEC) “İqtisad” və “İnnovasiya siyasəti” üzrə tədris edir. Eyni zamanda, 2017-ci ildən etibarən UNEC-in Beynəlxalq İqtisadiyyat kafedrasının dissertantıdır (PhD namizəd). Araşdırma sahəsi “İnnovasiya iqtisadiyyatı” və “İnkişaf iqtisadiyyatı” istiqamətləridir. PhD araşdırma mövzusu “İnklüziv inkişafın təmin edilməsində innovasiyaya əsaslanan inkişaf strategiyalarının rolu”dur.

Tarix: 21 iyun 2019
Saat: 19:00
Məkan: Baku IdeaLab
Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza III, 3-cü mərtəbə.

Giriş sərbəstdir.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin