Kapital Bank da “Daxili Audit Departamentinə Baş İT Audit vəzifəsinə”-vakansiya

0

Kapital Bank namizədləri Daxili Audit Departamentinə Baş İT Audit vəzifəsinə müraciət etməklə
peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər

İT, əməliyyat və biznes risklərini, funksiyaları və onların fəaliyyətlərini nəzərdən keçirir və
təklif olunan yoxlamaların təbiəti, sahəsini, istiqamətini və hədəflərini müəyyən etmək və
tövsiyələr vermək üçün müştəri əlaqələrini qiymətləndirir. İllik audit planının icrası, nəzarət
mexanizmlərinin qiymətləndirilməsi və audit məqsədlərini yerinə yetirmək üçün audit
prosedurlarının tərtibini həyata keçirir;

İT audit layihələri üçün məsuliyyət daşıyır və rəhbərliyə məsləhət və konsaltinq xidmətləri
göstərir. Müvafiq tövsiyələr verir. Fərqli texniki vahidlərlə fəaliyyətlərini koordinasiya edir və
istiqamətləndirir: tapşırıqların və prosedurların auditini həyata keçirir; tədbirlərin tamlığını
nəzərdən keçirir və İT üzrə nəzarət mexanizmlərinin cari vəziyyətinə dair qiymətləndirmələr
təqdim edir;

Təşkilatın rəhbərliyi üçün hesabatlar hazırlayır. Auditin məqsədlərini, əhatə dairəsini,
aşkarlamalarını, nəticələri və tədbirlər planı üzrə cavabları icmallaşdırır. Auditin aparılması
zamanı və başa çatdıqdan sonra müvafiq olaraq bütün səviyyələrdə rəhbərliyə şifahi və yazılı
təqdimatlar edir. Audit hesabatlarının müəyyən edilmiş müddət ərzində hazırlanmasını təmin
edir.

Səmərəliliyi artırmaq üçün audit prosedurlarına düzəlişlər tövsiyə edir. Sistem nəzarəti
adekvatlığını qiymətləndirərək təşkilatdaxili nəzarəti nəzərdən keçirir və onların
təkmilləşdirilməsi üzrə tövsiyələr verir.

Sadə və kompleks kompüter məlumat sistemləri üçün ümumi və tətbiqi nəzarətin təhlilini
həyata keçirir.

Sistemin inkişaf standartları, əməliyyat prosedurları, sistem təhlükəsizliyi, proqramlaşdırma
nəzarətləri, kommunikasiya nəzarətləri, ehtiyat mərkəzləri və fövqəladə hallar planı və
sistemin saxlanılması daxil olmaqla informasiya nəzarət mexanizmlərinin yoxlanmasını həyata
keçirir;

Audit obyektlərinin cavablarının adekvatlığını, vaxtında təqdim edilməsini, o cümlədən
əhəmiyyətli audit tövsiyələri üzrə tədbirlər planını qiymətləndirir.

Tələblər

İT və / və ya informasiya təhlükəsizliyi sahəsində ən azı 3 illik iş təcrübəsi;

Məhsul biliyi: *nix based OS, Microsoft Windows məhsulları, Şəbəkə, Firewall, tətbiqi
Təhlükəsizlik ilə tanış olmaq;

Məntiqi və fiziki giriş təhlükəsizliyi, dəyişikliyin idarə edilməsi, informasiya təhlükəsizliyi,
biznesin bərpası və şəbəkə texnologiyası kimi təhlükəsizlik və nəzarət riskləri daxil olmaqla,
informasiya sistemlərinin auditi üzrə təcrübə;

Kompüter proqramlarının (məsələn, ACL, SQL, Excel) və tətbiqi sistemlərin istifadəsində
zəngin təcrübə;

CISA (Sertifikatlaşdırılmış İnformasiya Sistemləri Auditoru) və / və ya Sertifikatlaşdırılmış
Şəbəkə Mühəndisi, Sertifikatlaşdırılmış Təhlükəsizlik Mütəxəssisi, CHFI kimi informasiya
texnologiyaları sahəsinə aid sertifikatlara malik şəxslərə üstünlük veriləcəkdir.
CV-lərinizi, mövzu hissəsində “Baş İT Audit” qeyd etməklə [email protected] e-mail
ünvanına göndərə bilərsiniz.