Kapital bankda “Kredit Anderraytinqi Departamentinin Biznes Kreditlərinin Təhlili Şöbəsində” vakansiya

0

Ümumi məlumat
Kapital Bank namizədləri Kredit Anderraytinqi Departamentinin Biznes Kreditlərinin Təhlili
Şöbəsində Mütəxəssis, Aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın
üzvü olmağa dəvət edir.
Öhdəliklər
Müştərilərin maliyyə və biznes təhlilini aparmaq;
Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində baş verən dəyişiklikləri
izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirməklə
kreditin verilməsi barədə yekun rəy bildirmək;
Risklərin düzgün qiymətləndirilməsi və bankdaxili digər normativ qaydaların tələblərinin
qorunmasına nəzarət edilməsi;
Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər
öhdəlikləri yerinə yetirmək.
Tələblər
İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
Yüksək ünsiyyətqurma qabiliyyəti;
Maliyyə hesabatlarının hazırlanması və təhlili qaydaları;
Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
CFA və ya ACCA sertifikatlarına sahib olma arzuolunandır;
Rus və İngilis dili biliklərinin olması arzuolunandır;
Bank qanunvericiliyi barədə biliklər;
Bank sahəsində müvafiq sahə üzrə iş təcrübəsi arzu olunandır.
CV-lərinizi, mövzu hissəsində “Biznes Kreditlərinin Təhlili Şöbəsində Mütəxəssis, Aparıcı
mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.