Azərbaycan tələbəsi üçün “Mentorum” layihəsi

0

Azərbaycan tələbəsi üçün “Mentorum” layihəmizi açıq elan edirik

Öz sahələrində sözünü demiş 8 mütəxəssis və bu 8 mütəxəssisə toplam 40 menti təyin edəcəyik.
Mütəxəssislər özlərinə təyin edilmiş mentilərə minimum 1 ay boyunca mentorluq edəcəklər. Siz mentilərə potensialınıza çatmaqda sizə yol göstərəcək və professional dəstək olacaqlar.
Layihə həm mühəndislik sektorunu, həmçinin də biznesin təşkili, idarəsi və biznesdə satış sahələrini əhatə edir.
Layihədə göstərilən sahələr üzrə bütün universitetlərdən tələbələr iştirak edə bilər.
Layihəyə başvurmaq başlanmışdır
Layihəyə baş vurmaq üçün CVnizi və İstək məktubunuzu [email protected] göndərirsiniz. İstək məktubu bunları əhatə etməlidir:
– Kimsiniz.
– 10 il sonra kim olacaqsınız.
– Bu günədək fəaliyyətləriniz və nailiyyətləriniz
– Hansı sahə üzrə mentora müraciət edirsiniz.
– Bu layihədən və mentordan gözləntiləriniz.
Layihəyə son başvurma tarixi: 10 iyul
Layihənin nəticələrinin elanı: 20 iyul
Layihəmizin başlama tarixi: 1 avqust
Mentorla görüşlər mentorun təyin etdiyi zamanda və məkanda keçiriləcək.
Mentorlarımız:
Elvin Dadaşsoy – Business Trainer & Cofounder, Dadashsoy Business School
Cahangir Cabbarov – Senior Drilling Engineer, BP
Azad Qəhrəmanov – Business Trainer, Director and Cofounder, Sat Group Training and Consulting Co.
Eldar Mənsimov – Career Coach & Platform GA, ‘Istiglal’ Caspian Drilling Co.
Pərviz Məmmədov – Founder, Mentor TM & Wellbore Intervention Engineer, Baker Hughes GE
Əli Həsənov – Trainer, Dean of Business and Economics faculty, Azerbaijan University
Ruslan Ponomaryov – Senior Drilling Engineer, TOTAL
Pərviz Həsənov – Founder, Mentor TM & Senior Completion Engineer, Weatherford

Layihənin tamamında mentordan mentiləri barədə, mentilərdən də layihə haqqında rəylər toplanacaq.
Layihənin ən fəal iştirakçıları ilə Mentor TM mərkəzi növbəti fəaliyyətlərimizdə də yaxından əməkdaşlıq edəcəyik.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin