Rabitəbankda GƏNCLƏR üçün təcrübə fürsəti

0

“İstedadların axtarışında!”
Rabitəbankda GƏNCLƏR üçün təcrübə fürsəti!

Gənclərin inkişafına daima tövhə verən banklardan biri olan Rabitəbank, bu yay gənclər üçün təcrübə fürsətini təqdim edir!
Layihənin əsas məqsədi, Bankın istər paytaxt, istərsə də regional filial şəbəkəsində bütün sahələri üzrə təcrübə/təlim proqramını keçirərək, Azərbaycan gəncinin inkişafına dəstək olmaq, ilkin karyera addımlarında yardım etmək və maliyyə savadlılığın artırılması istiqamətində maarifləndirmə işinin aparılmasından ibarətdir!

Bizə qoşulmaq istəyənlər üçün tələblər çox sadədir:
• Yüksək öyrənmək və inkişaf həvəsi;
• Məqsədyönümlülük və komanda ruhu;
• Məsuliyyətlilik və nəticəyönümlük.

QEYD: Təcrübə proqramında fərqlənən gənclərimizə bank adından tövsiyə məktubu da təqdim ediləcək.

Proqramda iştirak etmək istəyən gənc dostlarımız mövzu bölməsində “İstedadların axtarışında!” qeyd etməklə CV-lərini [email protected] mail ünvanına göndərə bilərlər.
#rabitabank #tecrubeproqrami

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin