Yaradıcılıq emalatxanası – 3 düşərgəsi

0

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi təsviri sənət, foto, rəqs (milli və müasir), teatr (aktyor), kino (rejissor, operator, ssenari müəllifi), telejurnalistika kimi sahələr üzrə yaşı 18-23 olan gəncləri “Yaradıcılıq emalatxanası – 3” düşərgəsində iştirak etməyə dəvət edir!
Düşərgədə yaradıcılıq emalatxanaları, nəzəri və praktiki məşğələlər, yaradıcılıq müsabiqələri, ustad dərsləri, eləcə də gənclər üçün əyləncəli proqramlar – kinoseans, diskoteka, gülüş axşamları, masaüstü oyunlar, intellektual oyunlar, idman oyunları, yaradıcılıq gecələri, konsert proqramları təşkil olunacaq.
KEÇİRİLMƏ YERİ: Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzi
KEÇİRİLMƏ VAXTI: 10-20 avqust 2019-cu il
Qeyd: Düşərgədə iştirak etmək üçün
https://docs.google.com/…/1FAIpQLSdGhTzDkmkfDKRbUr…/viewform
səhifəsində yerləşdirilən anket forması doldurularaq 24 iyul 2019-cu il tarixədək [email protected] elektron ünvanına göndərilməlidir. Ərizə doldurulub təsdiqləndikdən sonra şəxsiyyəti təsdiq edən sənədin surəti [email protected] ünvanına göndərilməlidir.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin