Yay Fəlsəfə Məktəbi

0

Dostlar ! Bəhmənyar Klubu sizlərə ilk dəfə olaraq “Yay Fəlsəfə Məktəbi” layihəsini təqdim edir. Layihə çərçivəsində fəlsəfə nədir, fəlsəfənin önəmi və əhəmiyyəti, fəlsəfə tarixi, fəlsəfənin inkişafı, müasir fəlsəfi metodologiya, fəlsəfə və insan və s. kimi məsələlər ətrafında seminar və diskusiya əsaslı təlimlər təşkil olunacaq.
Yay Fəlsəfə Məktəbi çərçivəsində 6 təlimin keçirilməsi nəzərdə tutulur. Təlimlərimiz 03, 06, 07, 10, 13, 14 iyul tarixlərində saat 17:00-19:00 arasında başa tutacaq. Təlimin ilk hissəsi mühazirəçilərin çıxışlarına ayrılacaq, daha sonra kofe-breyk, ikinci hissə isə müzakirə və qarşılıqlı suallarının cavablandırılması formasında keçiriləcək.

Təlimçilər:
Bakı Dövlət Universiteti, fəlsəfə doktoru, Emin Kərimov
Bakı Dövlət Universiteti, fəlsəfə tarixi magistrı, Cavidan Hacıyev
Bakı Dövlət Universiteti, fəlsəfə tarixi doktorantı, Araz Əliyev

Təlimlər Af Mall II mərtəbədə yerləşən Academy Group da baş tutacaq.

Təlimlərdə iştirak ödənişsizdir. İstəyi olan və fəlsəfə ilə maraqlanan hər kəs iştirak edə bilər.

Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSdI9I1SvUcQb2V3UPu9prjNSrLWQSlebPYoehwaf-SkOfr7GA/viewform?vc=0&c=0&w=1

QEYD: Yerlərimiz məhdud olduğu üçün qeydiyyatdan keçməyə tələsin 🙂 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin