“Müəllimin təsirli nitqi” adlı seminarı

0

Müəllimləri Cəlalə Nəzəroğlunun “Qüsursuz və təsirli danışığın sirri” seminarına dəvət edirik!

Gözəl, səlis, düzgün və lakonik danışıq hər bir müəllimdə görmək istədiyimiz vacib keyfiyyətdir. Bu bacarıq anadangəlmə vergi deyil, öyrənərək əldə edə biləcəyiniz nemətdir. Seminarda bir müəllim olaraq qüsursuz, peşəkar danışığa ən asan üsulla necə nail ola biləcəyinizi öyrənəcəksiniz.

29 iyun, saat 10:00-da keçiriləcək seminarda:

✅ Sinifdəki şagirdləri ələ almaq üçün təsirli danışıq metodları öyrənəcəksiniz
✅ Səsinizi bəlağətli etmək üçün asan üsullar öyrənəcəksiniz
✅ Danışığınızdakı qüsurları aradan qaldırmağı öyrənəcəksiniz
✅ Gözəl danışıqla peşəkarlığa bir addım daha yaxın olacaqsınız

Olduqca məsuliyyətli peşə sayılan müəllimliyin təməl özəlliklərindən biri danışmaqdır. Müəllimin danışığı elə olmalıdır ki,

➡️ peşəkar olduğuna şübhə yaranmasın
➡️ düşündüklərini sərbəst ifadə edə bilsin
➡️ danışığında səhvlərə yol verməsin
➡️ intonasiyadan düzgün istifadə etməklə auditoriyanın diqqətini cəlb edə bilsin
➡️ bədən dilini öz əleyhinə deyil, lehinə istifadə edərək şagirdləri ələ almağı bacarsın

Əziz müəllimlər, seminara qatılın, sizin üçün çox maraqlı və faydalı olacağına əminik!

💸 Seminar ödənişlidir: 30 AZN.
📃 Sertifikat veriləcək.
⛳️ İştirak üçün mütləq öncədən yazılmaq lazımdır.
📞 Qeydiyyat üçün: 051 8432599 (Whatsapp/Zəng)

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin