Kimya və Geodeziya sahələri üzrə təcrübə proqramı

0

Kimya və Geodeziya sahələri üzrə TƏCRÜBƏ PROQRAMI

İşləmək arzusunda olan, öyrənməyə həvəsli, şəxsi inkişafı, peşəkar vərdişləri və praktiki biliklərini artırmağa maraqlı olan, təşəbbüskar, komandada işləməyi bacaran və yüksək ixtisas biliklərinə sahib gənclər üçün təcrübə proqramı elan edirik!

Təcrübəyə seçim müsahibə əsasında və bir neçə mərhələdən ibarət olmaqla həyata keçirilir:
1. Testləşdirmə – Məntiqi təfəkkür; Psixoloji; Dil və Komputer biliklərinin yoxlanılması məqsədilə test imtahanları
2. Müsahibə.
Müsahibə və testlərdən uğurla keçən namizədlərə 4 həftəlik təcrübə müddəti təyin olunur. Həmin müddət ərzində təlim keçiriləcək. Təlim sonunda iştirakçılar imtahan olunacaq. Yetərli bal toplayan şəxslərin işlə təmin olunma məsələsinə baxılması nəzərdə tutulmuşdur.
Təcrübə proqramında iddiaçı olmaq üçün gənclər aşağıda qeyd olunan bütün tələblərə cavab verməlidir:

– Azərbaycan Respublikasının vətəndaşı
– Tam və ya Natamam-Ali təhsil (Məzun və sonuncu kursda təhsil alan tələbə)
(Kimya və Geodeziya sahələri üzrə)
– Səlis nitq
– Əlavə dil bilgiləri (intermediate)
– Sərbəst şəkildə komputer biliyi (Microsoft office – intermediate)
– AutoCAD və Data processing sahəsində bilgi
– Məntiqi təfəkkür
Ofis XIRDALANda yerləşdiyi üçün yaxın ərazilərdən namizədlərin müraciət etməsi daha arzu ediləndir.

Təcrübə proqramına qoşulmaq istəyənlərdən [email protected] ünvanına CV formalarını göndərərkən mövzu yerində “Təcrübə Proqramı-Kimya” və ya “Təcrübə proqramı-Geodeziya” qeyd etmələri xahiş olunur.

Əlaqə vasitələri
Telefon: (012) 342 19 48
E-poçt: [email protected]
Ünvan: M. Rasulzade 10 Bakü

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin