Avirtel şirkətində Təcrübə proqramı

0

Avirtel şirkəti İnzibati Asistent üzrə təcrübə proqramını elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən,ən əsası isə Avirtel komandasının fəal üzvünə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

İş barədə məlumat
· Daxil olan zənglərin və elektron ünvana gələn məktubların, sorğuların vaxtında cavablandırılması və yönləndirilməsi
· Qonaqların qarşılanması və yönləndirilməsi
· Rəhbərliyin tapşırıqlarının vaxtında və düzgün yerinə yetirilməsi.

Namizədə tələblər
· Şifahi və yazılı ünsiyyət bacarığı, yüksək nitq qabiliyyəti
· Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı
· Dil bilikləri – ingilis dili (intermediate)
· Komanda ilə işləmə bacarığı
· Güclü təşkilatçılıq və planlaşdırma bacarığı.
· Problemləri həll etmək qabiliyyəti
· Məsuliyyətli ,ünsiyyətcil, çalışqan.

Maraqlanan şəxslərdən CV-lərini mövzu yerində “ İnzibati Asistent internship ” qeyd etməklə [email protected] -mail ünvanına göndərmələri xahiş olunur.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin