Film təqdimatı

0

İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “İmadəddin Nəsimi- 650 illik DƏYƏR” adlı layihə çərçivəsində çəkilmiş sənədli filmin və qəzəllərdən ibarət audio kitabın təqdimatına dəvətlisiniz! 🙂

Beləki, 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə, bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır. 2019-cu il Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilmişdir.

“Odlar Yurdu” Gənclər İctimai Birliyi olaraq fəaliyyətimizin prioritet istiqamətlərindən biri “aktiv vətəndaşlıq” çərçivəsində ölkədə həyata keçirilən, icrası aktuallıq kəsb mövzularla bağlı gənclərin maariflənməsinə xüsusi önəm verməkdəyik. Bundan irəli gələrək Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “İmadəddin Nəsimi- 650 illik DƏYƏR” adlı layihəni həyata keçirməkdəyik.

Layihənin icrasında əsas məqsəd Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı rol, Nəsimi irsinin öyrənilməsi, təbliği, gənclər arasında tanıdılması və ümumi maarifləndirmə işinin təşkilindən ibarətdir.

Layihə çərçivəsində sənədli bədii-film çəkilib.11 qəzəldən ibarət audio kitabça hazırlanıb. Həmçinin Nəsimiyə aid faktları özündə əks etdirən, ingilis və azərbaycan dilində kitabça nəşr olunub.
Filmin və digər məhsulların təqdimat mərasimləri aşağıdakı təqvimə uyğundur.

27 iyun 10:30 -12:00 YAP Gəncə şəhər Təşkilatı
28 İyun 10:30 -12:00 Şəmkir Gənclərin inkişafı və karyera mərkəzi
28 İyun 15:30 -17:00 Qazax Gənclərin inkişafı və karyera mərkəzi
29 İyun 10:30 -12:00 Mingəçevir Gənclər Evi

05 İyul 10:30 -12:00 Qaradağ Gənclər Evi (Bakı)
05 İyul 15:30 -17:00 Binəqədi Gənclər Evi (Bakı)
09 İyul 10:30 -12:00 Xəzər Gənclər Evi (Bakı)
09 İyul 15:30 -17:00 Sabunçu Gənclər Evi (Bakı)
10 İyul 10:30 -12:00 Suraxanı Gənclər Evi (Bakı)
12 İyul 11:30 -13:00 Bakı Konqres Mərkəzi

Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçməyiniz xahiş olunur. 🙂
Qeydiyyat linki: https://forms.gle/3KtJMuGX3UkZmAjp7

Əlaqə nömrəsi: (055) 342 43 94

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin