Nəyi, niyə, necə qoruyaq?

0

“Nəyiniyənecə qoruyaq” mövzusunda təşkil olunacaq mühazirə və müzakirə “Danışır Bakı” formatı çərçivəsində keçiriləcək tədbirlər silsiləsindən birincidir.

Bakı şəhəri və ümumilikdə ölkəmiz memarlıq baxımından çox zəngin bir yerdir. Əsrlər və nəsillər boyunca ucaldılan abidələrimizin bir çoxu fərqli səbəblərə görə məhv olma təhlükəsi ilə üzləşir. Bunun məsuliyyəti həm səlahiyyətli dövlət qurumları, həm də yaranmaqda olan vətəndaş cəmiyyətinin üzərinə düşür.

Sözügedən mühazirə və müzakirə, bina və şəhər mühitinin özünəməxsusluğu, dövlət tərəfindən rəsmi qorunan abidələr, onları qoruma mexanizmlərinin olub- olmaması, cavabdeh qurumlar, memarların rolu və sair mövzülar ətrafında olacaq. Bunun üçün bu mövzuda işlər görən icmaların nümayəndələri qonaqlarımız olacaq. Sadalanan mövzular geniş olduğundan birinci görüş daha çox tanışlıq xarakteri daşıya bilər. Tədbirin keçirilməsində əsas məqsəd Bakının memarlığı, tarixi və mədəniyyəti ilə maraqlanan insanları bir məkana toplayıb bir biri ilə tanış edib, bu yöndə yeni addımlar üçün istiqamət yaratmaqdır.

Giriş sərbəstdir. Şəhərimizi sevən hər kəs dəvətlidir.
mühazirəçi: Müslüm İmranlı

Müslüm İmranlı. Memarlıq üzrə magistr. Şəhər strukturlarının və ənəvi(vernacular) memarlıq araşdırmaçısı. PİLLƏ memarlıq platformasının üzvü.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin