Tuk-Tuk: Asanlıqla xarici dil öyrənmək üçün doğru düşüncə tərzi

0

“Tuk-Tuk” sessiyamızın bu dəfəki qonağı Aslan Məmmədzadə “Asanlıqla xarici dil öyrənmək üçün doğru düşüncə tərzi” mövzusuna toxunacaq.

Aslan Məmmədzadə – Məktəbi bitirdikdən sonra təhsilini davam etmək üçün Türkiyəyə yollanır, məktəb illərində İngilis dilini öyrənərkən böyük uğursuzluqlar və çətinliklər ilə üzləşir. Türkiyədə niyə məhz mən İngilis dilində danışa bilmirəm sualınının cavabını tapmaq üçün uzun bir yola çıxır və bu yol boyunca müxtəlif dillər öyrənir və fərqli ölkələrdə yaşayaraq müxtəlif lahiyələrdə işləyir. Türkiyədə bakalavr və magistr təhsilini bitirdikdən sonra xarici dilləri asanlıqla necə öyrənmək olar mövzusunu dərindən araşdırmaq üçün Avropada Neuroscience və Language Coaching üzrə tədris almağa yollanır. Hal hazırda Language Coach olaraq işləyir və işində 9 dil istifadə edir. Fərqli dillər öyrənmək və bu mövzuda insanlara kömək etmək həyatda ən çox zövq aldığı işdir.

Tarix: 10 iyul 2019
Saat: 19:00
Məkan: Baku IdeaLab
Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza III, 3-cü mərtəbə.

Giriş sərbəstdir.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin