YARAT Ədəbiyyat Klubu: İsmayıl İman / “Sevil”

0

Çox saylı istəkləri nəzərə alaraq iyulun 10-u, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində yazıçı və dramaturq İsmayıl İmanın yazdığı “Sevil” hekayəsinin oxuması təkrar baş tutacaq.

Hekayə rəssam Əşrəf Muradın (1925-1979) xatirəsinə həsr olunub və onun bioqrafiya faktlarına əsaslanır. “Sevil” – Əşrəf Muradın sevgi hekayəsidir. O, bu sevgini həyatı boyunca yaşayıb. İsmayıl İmanın hekayəsini rəssamın həyat və yaradıcılıq yolunun bədii mənalandırılma cəhdi adlandırmaq olar. Burada həm gerçək hadisələr, həm də uydurulmuş süjet xətləri birləşir. Mətnin əsas tərkib hissəsini Əşrəf Muradın öz sevgilisinə yazdığı məktub təşkil edir; bu məktub, rəssamın rəsm əsərləri ilə birgə, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində, “Sevgi və etiraz” retrospektiv sərgisi çərçivəsində təqdim olunur.

“Sevil” hekayəsinin ikinci ictimai təqdimatı aktyorlar Teymur Rəhimovun və Oleq Əmirbəyovun iştirakı ilə keçiriləcək.

10 iyul, saat 19:00
XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi
Giriş sərbəstdir

______
По многочисленным просьбам 10-го июля в Музее Живописи Азербайджана XX-XXI веков состоится повторная читка рассказа писателя и драматурга Исмаила Имана «Севиль».

Рассказ посвящен памяти художника Ашрафа Мурада (1925–1979) и основан на фактах его биографии. «Севиль» — история любви Ашрафа Мурада, которую он пронес через всю свою жизнь. Рассказ Исмаила Имана — попытка художественного осмысления жизненного и творческого пути художника, в которой переплетаются как реальные события, так и придуманные сюжетные линии. Центральной составляющей текста стало письмо Ашрафа Мурада своей возлюбленной, которое наряду с картинами художника представлено в Музее живописи в рамках ретроспективной выставки «Любовь и протест».

Второе публичное чтение «Севиль» состоится с участием актеров Теймура Рагимова и Олега Амирбекова.

10 июля, в 19:00
Музей Живописи Азербайджана XX-XXI веков
Вход свободный

______
By popular demand, on July 10, Azerbaijani Museum of Painting of the XX-XXI centuries will host another reading of a short story by the writer and playwright Ismayil Iman.

“Sevil” is a tribute to the artist Ashraf Murad (1925–1979) and is based on the real facts from the artist’s biography. “Sevil” is a story Ashraf Murad’s lifelong love and passion. The writer Ismail Iman makes an attempt to explore the artist’s life and career, where real events and imaginary storylines intertwine. The story focuses on Ashraf Murad’s letter to his beloved, the text featured as a part of Love and Protest retrospective at the Museum of Painting.

The story will be read by professional actors Teymur Rahimov and Oleg Amirbekov.

July 10th, 7 pm
The Museum of Azerbaijani Painting of the XX-XXI Centuries
Free admission

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin