Azərbaycan Əlifbası və Dili gününə həsr olunmuş “Natiqlik Çempionatı”

0

“ASAN Könüllüləri” Təşkilatı və Diksiya Akademiyasının birgə əməkdaşlığı ilə 1 avqust Azərbaycan Əlifbası və Dili gününə həsr olunmuş “Natiqlik Çempionatı” keçirir.
“Ana dilində hekayəni danış” mövzulu bu çempionatda iştirakçılar 3 mərhələdən keçərək finala iştirak haqqı qazanacaqlar. Finalda qalib gələn iştirakçılar müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.
Layihənin məqsədi gənclər arasında natiqlik qabiliyyətinin artırılması, çıxış zamanı yol verilən tələffüz səhvlərinin aradan qaldırılmasıdır. “Natiqlik Çempionatı” çərçivəsində praktiki, əyləncəli, öyrədici və effektiv şəkildə keçəcək təlimlərimizdə iştirak etmək istəyən şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
http://bit.ly/2Xu8VAe

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin