AzSığorta yeni təcrübə proqramı elan edir

0

*AzSığorta yeni təcrübə proqramını təqdim edir*

Öz karyeranızı başlamaq üçün verilən fürsətdən istifadə etməyə hazırsınızmı?

Şirkətin təcrübə proqramı çərçivəsində bu imkanı sizə yaradırıq. Proqramla bağlı tələbləri diqqətinizə çatdırırıq.

Tələblər:

• Analitik təhlil qabiliyyətli;
• Komanda şəraitində işləmək bacarığı;
• Dəqiq, məsuliyyətli və intizamlı olmaq

• Proqramda iştirak sizə yeni və unikal layihədə təcrübə qazanmaq imkanı verəcəkdir.
• Ofisdə təcrübəli əməkdaşlarla birgə çalışmaq peşəkar kimi formalaşmağınıza imkan yaradacaq.
• Təcrübə müddətində müvəffəqiyyət qazanacağınız, bacarıq və şəxsi qabiliyyətinizlə fərqlənə biləcəyiniz təqdirdə şirkət daxilində işlə təmin olunmaq şansı qazana bilərsiniz.
• Təcrübə proqramını uğurla başa vuran gənclərin hər birinə şirkət tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə təqdim olunacaqdır.

Qeyd: Proqrama qoşulmaq istəyən namizədlərdən 01 avqust 2019-cu il tarixinədək [email protected] elektron ünvanına CV-lərini göndərmələri xahiş olunur. Namizədlərin hansı sahədə təcrübə keçmək istədikləri “Subject” bölməsində qeyd olunmalıdır.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin