Avirtel şirkəti R&D üzrə təcrübə proqramı elan edir

0

Avirtel şirkəti R&D üzrə təcrübə proqramı elan edir. Əgər Sherlock Holmes qədər detallara diqqət yetirir, Dr. Watson qədər uğursuzluqlardan daha da motivə olur, İndiana Jones qədər macərapərəst və araşdırmacı ruhlusunuzsa o zaman sizi bizim təcrübə proqramımıza qoşulmağa dəvət edirik. Təcrübə proqramı 3 ay müddətində nəzərdə tutulmuşdur.
Vəzifə öhdəlikləri:
• Şirkət hədəflərini dəstəkləyən araşdırma və inkişaf fəaliyyətinin icrası
• Planlamadan tətbiq mərhələsinə qədər araşdırma prosesinin bütün mərhələlərində iştirak etmək.
• Bazar tələbatına uyğun məhsulların araşdırılması, texnologiya və istehsal sahəsində son yenilikləri daimi izləmək və onların şirkət fəaliyyətində tətbiqi üçün yeni ideyalar vemək
• Araştırma prosesinin aparılması, nəticələri analiz etmək ve faktlara əsaslanan fikirlər irəli sürmək
• Araştırma proseslərinin miqyasını qiymətləndirmək, araşdırmaların planlanan zaman daxilində yekunlaşmasını təmin etmək,
• Satış şöbəsi ilə daimi əlaqəli şəkildə işləmək
• Araşdırma ve inkişaf prosesinin bütün mərhələləri barədə hesabatı məsul şəxsə təqdim etmək

Tələblər:
• Öz fikirlərini yazılı və şifahi şəkildə aydın, dürüst, rəvan izah etmək və çatdıra bilmək,
• Analitik və innovativ təfəkkürə malik olmaq,
• Təhlillər və ümumiləşdirmələr aparmaq bacarığı
• İşində dəqiq, mütəşəkkil və təşəbbüskar olmaq,
• Gərgin əmək şəraitində işləməyi bacarmaq,
• Strukturlu və metodoloji düşünmə bacarığı
• Komanda mühitində effektiv fəaliyyət göstərmək bacarığı
• Nəticəyönümlü
Əgər yuxarıda qeyd olunan tələblərə cavab verir və “Axtardığınız mənəm ” deyəcək (və bunu təsdiqləyəcək ) qədər özgüvən sahibisinizsə o zaman vaxt itirmədən Cv formanızı [email protected] mail adresinə göndərə bilərsiniz.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin