Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi edəcək abituriyentlərin nəzərinə

0

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi edəcək abituriyentlərin
nəzərinə!
Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ
qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar
nəşr edib .
“Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçada I və IV ixtisas qrupunda
müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali
təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə
şərtləri və digər zəruri məlumatlar təqdim olunub.
Nəzərinizə çatdırırıq ki, II və III ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ
qazanmış abituriyentlər üçün bu kitabçalar imtahanın nəticələri elan edildikdən sonra çap
ediləcəkdir.
Abituriyentlər ixtisas seçimini iyulun 24-dən avqustun 6-dək olan müddətdə həyata
keçirməlidirlər. İxtisasların siyahısı “Abituriyent” jurnalının 4 saylı buraxılışında verilib.
Jurnalda, həmçinin ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün
ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali
təhsil müəssisələrinə qəbul aparılan ixtisasların kodları, dövlət sifarişi ilə tələbə qəbulunun
proqnozu verilib.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, 2018-ci ilin tələbə qəbulu müsabiqəsində ali
təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları da “Abituriyent” jurnalının
2019-cu il 2-ci nömrəsində və “2018-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil
müəssisələrinin ixtisasları üzrə formalaşmış KEÇİD BALLARI” xüsusi buraxılışında dərc
edilib. Qeyd edək ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz
ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan
nəticələri əsasında formalaşır.
Xatırladaq ki, qeyd olunan vəsaitləri aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış
köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş
etmək olar:
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi,28;
Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.
“İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” kitabçalarının elektron versiyasını da
(pdf formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron
versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə
keçid: http://eservices.dim.gov.az/ejurnal/).

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin