“Nəsimi ili” çərçivəsində “MƏNİM YAY TƏTİLİM-2019” Respublika uşaq rəsm müsabiqəsi elan olunur

0

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil
Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri
Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının
dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə
“Nəsimi ili” çərçivəsində “MƏNİM YAY TƏTİLİM-2019” Respublika uşaq rəsm
müsabiqəsi elan olunur.
Müsabiqə məktəblilərin yay istirahətlərinin zövqlü keçməsi və tətil ərzində diqqətini
çəkən hadisələri öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək
məqsədi ilə həyata keçirilir.
Müsabiqədə iştirak etmək üçün www.xsm.az saytında tədbirlər bölümündəki “Mənim yay
tətilim – 2019” və ya http://xsm.az/site/menimyaytetilim2019/ linkinə daxil olub 1 və ya 2
əsərinizin fotosunu daxil etməklə göstərilən anketi doldurmağınız tələb olunur.
 Qeydiyyat 2019-cu il oktyabr ayının 15-dək aparılacaq.
 Seçim iki yaş kateqoriyası üzrə keçiriləcək: 12 yaşa qədər, 12-17 yaş arası
 Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək.
 Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və
ideya əsas götürüləcək.
 Uşaqların əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin)
olmamasını və yeni yaradılmış əsərlərin təqdim olunmasını arzu edirik.
 Unutmayın ki, bu bir məşğuliyyət növüdür!
 I turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət
Mərkəzinə dəvət olunacaqdır.

Mükafatlandırma fondu
 Ən fəal 1 tədris müəssəsinin kollektiv sərgisi
 Seçilmiş 10 əsərin müəlliflərinin qrup sərgisi
Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri
(dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq
Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin