“Rabitabank”da vakansiya

0

“Rabitabank” ASC-nın Bakı, Sumqayıt, Gəncə, Ağcəbədi, Quba, Qusar, Şamaxı və Şəki
filiallarına KOS (SME) Kredit Mütəxəssisləri vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza
peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə
yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Vəzifə: KOS (SME) Kredit Mütəxəssisi
Vəzifə öhdəlikləri:
 Bankın kiçik, orta, iri kreditlərini və korporativ məhsullarını təbliğ etmək, banka müştəriləri
cəlb etmək və bankı müştəri qarşısında təmsil etmək;
 Filialın kiçik, orta və iri kreditlərinin planının icrasını və çarpaz satışını təmin etmək;
 Kredit portfelinin keyfiyyətinin yüksək səviyyədə saxlanılmasına nəzarət etmək, təhkim
olunmuş portfel üzrə borcalanların planlı və ya plandankənar monitorinqlərini həyata
keçirmək;
 Potensial müştərilərin təhlilini apararaq, müvafiq sənədləri kredit komitəsində təqdim etmək
və komitənin qərarına əsasən krediti rəsmiləşdirmək;
 Korporativ müştərilərin loyallığının təmin edilməsi üçün zəruri tədbirlər görmək;
 Korporativ məhsulların təkmilləşdiriməsinə dair təkliflər vermək.
Namizədə qarşı tələblər:
 Ali təhsil (iqtisadi və maliyyə təhsili olanlara üstünlük verilir);
 KOS (SME) kreditləri sahəsində ən azı 2 il iş təcrübəsi;
 Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
 Analitik düşünmə qabiliyyəti;
 Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarığı;
 MS Office proqramlarında sərbəst istifadə bacarığı;
 Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron
ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Regionun adı” – KOS (SME) üzrə
kredit mütəxəssisi göstərməyiniz xahiş olunur.
Nəzərinizə çatdırmaq istərdik ki, növbəti mərhələdə vakansiya üzrə yalnız tələblərimizə uyğun
olan namizədlər seçilib, dəvət olunacaqdırlar.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin