“Look Around!” beynəlxalq layihəsi uğurla başa çatdı

0

“Look Around!” beynəlxalq layihəsi uğurla başa çatdı!
Almaniyanın “MitOst” təşkilatının maliyyə dəstəyi, “İnkişaf Zamanı” və “Diversity School” təşkilatlarının əlavə dəstəyi ilə 09-11 Avqust tarixlərində Gürcüstanın Nukriani şəhərində həyata keçirilən “Look Around” beynəlxalq layihəsi uğurla başa çatdı. Layihənin əsas məqsədi Gürcüstan və Azərbaycan arasında olan əlaqələrin daha da möhkəmləndirilməsi, o cümlədən bu ölkələrdən olan iştirakçılar arasında sülh amilini yaymaqla mövcüd stereotiplərin aradan qaldırlıması idi.
Beynəlxalq layihə Azərbaycan və Gürcüstandan olan gəncləri bir araya gətirməklə sülh və birlik konseptəri ətrafında digər regionlarda olan təcrübənin daha geniş öyrənərək bu prinsiplərin təkcə fərdi anlamda deyil, eyni zamanda digər dövlət və qeyri dövlət strukturlarında tətbiqinin mümkünlüyünü anlatmağa yönəlmişdir.
Layihə müddətində iştirakçılar sülh və birlik amilinin regionda necə əhəmiyyətli olması barədə məlumatlandırıldı,həmçinin müxtəlif interaktiv təlimlərlə gənclər anlaşma olmadan bir nəticəyə gəlmənin mümkünsüzlüyünü anlamağa çalışdılar. Sözügedən təlim mövzusunda qrup işləri, təqdimatlar və fikir mübadilələri aparıldı.
Təlimlərdə Azərbaycan və Gürcüstandan 16 aktiv gənc iştirak edərək sonda ölkələrarası münasibətlərin daha da yaxşılaşdırılmasının yolları barədə öz təkliflərini dilə gətirdilər.p

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin