Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatdan keçmə tarixləri!

0
Abituriyentlərin nəzərinə!
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlər qəbul
olunduqları təhsil müəssisələrində qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat tarixlərini bir daha təqdim edirik.
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul
olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır.
Birinci mərhələdən sonra ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin
qeydiyyatı avqustun 27-dək davam edəcək.
Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunanlar isə avqustun 23-
dən sentyabrın 2-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə
Tam (11 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul
olunanlar isə avqustun 29-dək qeydiyyatdan keçməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq
ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında
əmri təhsil müəssisəsinə göndərilməyəcəkdir.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin