“Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi altında sahilyanı təmizlik kampaniyası keçiriləcək

0

Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyasının dəstəyilə keçirilən “Azərbaycanda plastik tullantılara qarşı mübarizə” layihəsi çərçivəsində 21 sentyabr 2019-cu il tarixində “Ümumdünya Təmizlik günü”ndə “Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi altında 250-dən çox könüllünün iştirakı ilə sahilyanı təmizlik kampaniyası keçiriləcəkdir.

Kapaniyanın məqsədi ölkədə və xüsusilə Bakı şəhərində ekoloji problemlərin həllində dövlətə ictimai dəstək vermək, BMT-in Ətraf Mühit proqramı modelinin Azərbaycan ərazisinə tətbiq etməklə qısa zaman ərzində böyük müsbət dəyişikliklər üçün ciddi addımlar atmaq, əhalinin ekoloji savadlılığının yüksəldilməsidir. Bu məqsədlə ölkə ərazinin təmizlənməsi və bu sahədə ictimai mədəniyyətin və bir növ cəmiyyət və əhali arasında ənənəvi hərəkat formasını almaq məqsədi ilə “Milli Təmizlik Günü” –ün elan olunması və bütün ictimai və sosial təbəqələrə, şəbəkələrə onun aid olunması strategiyasının işlənməsi və həyata keçirilməsi prosesini özündə cəmləşdirir.

Qeyd edək ki, “Azərbaycanda plastik tullantılara qarşı mübarizə” layihəsi çərçivəsində hökümət və qeyri-hökümət və beynəlxalq təşkilatların nümayəndələrinin, gənclər və gənclər təşkilatlarının və 200 nəfər könüllünün iştirakı ilə qeyd olunan mövzu ilə bağlı Forum və 30 nəfər könüllü üçün TOT (Təlimçilər üçün Təlim) seminarlar təşkil olunmuşdur.

Görüşlər zamanı iştirakçılarla plastik tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə məlumatlılığın artırılması və müvafiq olaraq plastik qabların istifadəsini azaltmaq və qarşısını almaq üçün praktiki yolların tapılması, ekoloji mədəniyyəti artırmaqla Azərbaycanın turistik yerlərini təmiz saxlamaq kimi məsələlər müzakirə olunmuş, eyni zamanda“Ümumdünya Təmizlik günü” münasibətilə “Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi altında maarifləndirici kampaniyaya qoşulmaları təşviq edilmişdir.

Ekoloji kampaniyada iştirak etmək istəyənlər aşağıda qeyd olunan link vasitəsilə qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

 

Ərizə forması: https://forms.gle/m1sQnxezEN6tw9NS9

 

Əlaqə vasitəsi:

E-mail: [email protected]
Tel: 050 391 15 21,
051 310 10 64

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin