«Audiokitab» – Danışan Kitablar!

0

A U D I O K I T A B

«Audiokitab» yeni texnologiyalar vasitəsilə insanların klassik və müasir Azərbaycan və dünya yazıçıları və onların əsərləri haqqında məlumatlandırılması, mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin inkişaf etdirilməsinə dair fəaliyyət göstərən sosial layihədir.
Nəzərinizə çatdırıram ki, ki, Azərbaycanda ilk dəfə həyata keçirilən, beş ilə yaxın bir vaxt ərzində ərsəyə gələn “Audiokitab” layhəsi çərçivəsində artıq 100-ə yaxın kitab peşəkar aktyorların ifasında səsləndirmişdir. Artıq bir ilə yaxındır ki, “Audiokitab” dünyanın hər yerində yayımlanır.
Layihənin əsas məqsədlərindən biri milli ədəbiyyat nümunələrimizin, tarixmizin ölkəmizdə və xaricdə yaşayan həmvətənlərimizə azərbaycan dilində çatdırılması və mədəniyyətimizin təbliğ edilməsidir.
Layihədə klassik və müasir Dünya və Azərbaycan ədəbiyyat nümunələri, dərs vəsaitləri, elmi kitablar və mühazirələr, Azərbaycan nağılları, şifahi xalq yaradıcılığı və xarici ədəbiyyat nümunələri öz əksini tapmışdır.
Layihə çərçivəsində həmçinin orta məktəb şagirdləri üçün dərsliklərin və sinifdənxaric oxu kimi tövsiyə olunan kitabların da audio formasında hazırlanması işi həyata keçirilmişdir.
Həmçinin layihəmizdə Azərbaycan, türk xalqları, şərq dünyasının tarixi haqqında mövzularda çoxsaylı muhazirələr də yer tapmışdır.
Hazırlanmış audiokitablardan istifadəçilərə «android» və «ios» əməliyyat sistemləri üçün hazırlanmış «Audiokitab» mobil tətbiqi vasitəsilə istifadə imkanı yaradılmışdır. Mobil tətbiqlərin əsas üstünlüklərindən biri yüklənmiş kitablara internet şəbəkəsi olmadan qulaq asmaq imkanıdır.
Layihə və sözügedən mobil tətbiqlər haqqında informasiya «audiokitab.az», “audiokitab.com” və «audiobook.az» saytlarında verilmişdir.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin