Sumqayıt şəhərində Könüllük Proqramı

0

Sumqayıt şəhərində Tələbə və Məzunlar üçün Könüllülük Proqramı!

Sumqayıt şəhərində yerləşən Qadin Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi 2003-cü ildən fəaliyyət göstərir və dövlət qeydiyyatından keçmişdir. Təşkilatın əsas missiyasına qadın və uşaqların hüquqlarının müdafiəsi, erkən nikahların və məişət zorakılığın qarşısının alınması, gendər bərabərliyinin təmini, insan alveri potensial qurbanlarına yardımların göstərilməsi və sair daxildir. Bu istiqamətdə təşkilat bir çox layihələr həyata keçirmişdir. Təşkilatın nəzdində Psixoloqların Resurs Mərkəzi və Ailələrin İnkişafına dəstək Mərkəzi fəaliyyət göstərir. Təşkilata daimi olaraq könüllü gənclər müraciət edir və burada könüllük fəaliyyətinə cəlb olunaraq, bilik və bacarıqlar əldə edirlər.
Hazırda təşkilat Könüllülük Proqramı Elan etmişdir!
Bu Proqram çərçivəsində Ali təhsilli gənclər könüllü olaraq Təcrübə keçməyə və bilik qazanmağa dəvət edilir!!!
Proqramı bitirmiş könüllülərə sonda Sertifikat və Tövsiyyə məktubu təqdim ediləcək!
Ünvan: Sumqayıt şəh,1-ci mkr, bina 45b, Mərkəzi kitabxananın arxasında navastroyka 10 mərtəbənin altında , Ailələrə dəstək mərkəzi (Oba marketin yanı).
Əlaqə tel: (+994)50-668-76-20, (+994)50-680-22-22 (whatsapp)

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin