9-cu sinif buraxılış imtahanının II mərhələsi və “Azərbaycan dili” fənni üzrə imtahan verən şagirdlərin nəticələri elan olunub

0
İmtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri
haqqında məlumatla, həmçinin cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.
Məlum olduğu kimi, DİM 2019-cu il sentybarın 8-də Bakı və Gəncə
şəhərlərində cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə
bilməyənlər üçün əlavə imtahanlar keçirib.
9-cu sinif buraxılış imtahanının II mərhələsi, həmçinin Azərbaycan dili
imtahanı (Azərbaycan dilindən fərqli bölmə üzrə təhsilalanlar üçün) verən
şagirdlər nəticələri ilə aşağıdakı linklərdə tanış ola bilərlər:
9-cu sinif buraxılış imtahanının II mərhələsinin nəticələri;
“Azərbaycan dili” fənni üzrə imtahanın nəticələri.
Qeyd olunan imtahan iştirakçıları nəticələri haqqında məlumatı mobil
operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727
nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Xatırladaq ki, dünən keçirilən 9-cu sinif buraxılış imtahanının I mərhələsi,
həmçinin 11-ci sinif buraxılış imtahanında iştirak edən şagirdlərin nəticələri də
yaxın 3 gün ərzində elan olunacaq.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin