Kapital Bank-da İnformasiya təhlükəsizliyi şöbəsində Mütəxəssis, Aparıcı/Baş mütəxəssis VAKANSİYASI!

0
Kapital Bank namizədləri İnformasiya təhlükəsizliyi şöbəsinə Mütəxəssis, Aparıcı/Baş mütəxəssis
vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
İnformasiya Təhlükəsizliyi sistemlərinin quraşdırılması, konfiqurasiyası və dəstəklənməsi
(NGFW, IDS/IPS, WAF, Secure Web Gateway, Secure Email Gateway, DLP, Endpoint Security, DB
Security);
İcazələrin İdarə Edilməsi sistemlərinin quraşdırılması, konfiqurasiyası və dəstəklənməsi
(Privileged Access Management, Network Access Management);
Təhlükələrin Aşkarlanması və Təhlükəsizlik İnsidentlərinin Cavablandırılması sistemlərinin
quraşdırılması, konfiqurasiyası və dəstəklənməsi (SIEM, Threat Detection System, UEBA)
İstifadəçilər üzrə təhlükəsizlik sistemlərinin (Antivirus, Encryption, Device Control)
quraşdırılması, konfiqurasiyası və dəstəklənməsi;
Müdaxilə insidentlərini aşkarlamaq və yaranma səbəblərini araşdırmaq;
Boşluqların aradan qaldırılması tədbirlərini həyata keçirmək üçün İT və İnformasiya
Təhlükəsizliyi heyəti ilə daim əlaqə saxlamaq və s.
Tələblər
Ali Təhsil;
İT sahəsində minimum 1-3 il iş təcrübəsi;
Azərbaycan, Rus və İngilis dillərini üzrə dil bilikləri;
İT sahəsində dərin texniki biliklər (Windows, *nix Əməliyyat Sistemləri, virtualizasiya
texnologiyaları, şəbəkə texnologiyaları, şəbəkə Firewall-ları, IDS/IPS, WAF, SIEM, DLP, Endpoint
təhlükəsizliyi və s.)
Məsuliyyətlilik, dəqiqlik və komandada işləmə bacarığı;
Analitik düşünmə və çevik qərarvermə qabiliyyəti.
İT üzrə beynəlxalq sertifikatların/şəhadətnamələrin mövcudluğuna üstünlük verilir;
CV-lərinizi, mövzu hissəsində “İnformasiya təhlükəsizliyi şöbəsinə Mütəxəssis, Aparıcı/Baş
mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin