UŞAQ İNKİŞAF MƏRKƏZİNDƏ VAKANSİYA

0
UŞAQ İNKİŞAF MƏRKƏZİ “ALFA KİDS”
VAKANSİYA
Vəzifə: Rus və Azərbaycan qrupları üzrə məktəbəqədər hazırlıq müəllimi
Vəzifə öhdəlikləri:
Azyaşlı uşaqlara təlim proqramına uyğun olaraq fənnləri tədris etmək;
Müəyyən edilmiş gün rejiminə və dərs cədvəlinə ciddi riayət etmək;
Azyaşlı uşaqların dərs müddətində təlim-tərbiyəsinə nəzarət etmək və bu məsələlər
üzrə valideynlərlə iş aparmaq;
Uşaqlarla korreksiya-tərbiyəedici işlər aparmaq;
Öyrədici-əyləncəli təlim üsullarından istifadə etmək;
Mütəmadi olaraq rəhbərliyə hesabat vermək və prosesin gedişatı haqqında
məlumatlandırmaq.
Tələblər:
Təcrübə: Bağça və ya uşaq inkişaf mərkəzlərində 3-5 il iş təcrübəsi.
Məktəbəqədər yaşlı uşaqların inkişaf psixologiyasını bilmək;
Məsuliyyətli, uşaqları sevən, komandada iş bacarığı, səbrli, yaradıcı,
ünsiyyətcil, emosional yetkin, öyrənmək və öyrətmək bacarığı;
Təhsil: Ali və ya orta ixtisas təhsilli (məktəbəqədər və ya ibtidai sinif
müəllimliyi ixitsasi üzrə).
Dil biliyi: Azərbaycan bölməsi üçün Azərbaycan dili mükəmməl səviyyədə, Rus
bölməsi üçün rus dili mükəmməl səviyyədə
Cins: Qadın
İş yeri: Bakı şəhəri.
İş rejimi: qrafik üzrə
Əmək haqqı: müqavilə üzrə
Maraqlanan namizədlərdən “mövzu başlığı”-na vakansiyanın adını qeyd edərək
CV-lərini «[email protected]» ünvanına göndərməkləri xahiş olunur.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin