Tələbələr üçün Maaşlı Təcrübə Proqramı!

0

 

Tələbələrin nəzərinə!

 

NR Academy özünü inkişaf etdirmək və iş təcrübəsi qazanmaq istəyən tələbələr üçün Ödənişli Tələbə Təcrübə proqramı elan edir.

 

🎯Proqramın məqsədi tələbə gəncləri NR Academy-nin fəaliyyətinə cəlb etməklə, onların real iş mühitində təcrübə əldə etmələrinə və şəxsi inkişaflarına şərait yaratmaqdır.

 

📑Seçim mərhələsi 2 turdan ibarət olacaq. Birinci mərhələdə seçim CV-lər əsasında aparılacaq. İkinci mərhələdə isə müsahibə yolu ilə proqrama seçilən tələbələr müəyyən ediləcək.

 

✅Proqramda iştirak üçün yeganə və xüsusi tələb:

– Müraciətçi tələbələr öyrənməyə və çalışmağa həvəsli olmalı.

 

✅Proqramın üstünlüyü:

• Dərs vaxtlarınıza uyğun yarımgünlük iş qrafiki

• Proqram müddətində müəyyən ehtiyaclarınızı qarşılayacaq ödənişin olması

• Nəzəri biliklərinizi təcrübədə istifadə imkanı

• Müstəqilliyin və səlahiyyətlərin verilməsi

 

✅Əldə edəcəkləriniz:

• Real iş mühitində təcrübə (layihə və proqramların idarə edilməsi və s.)

• Kollektiv işləmə bacarığı

• Şəxsi inkişaf

• Proqram müddətində təlimlərdə pulsuz iştirak

• Proqram müddətində kurslarda güzəştli iştirak

• Proqramı bitirdiyinizə dair sertifikat

• NR Academy-dən rəy (reference)

• NR Academy-də iş imkanı

 

📩Proqramda iştirak üçün öz CV-lərinizi şəkillə birlikdə 25 sentyabr 2019-cu il tarixinədək e-mail-in mövzu hissəsində “Təcrübə Proqramı” yazaraq [email protected] ünvanına göndərə bilərsiniz.

 

✅ Ünvan:

📍 BDU-nun yanı, Megacity Kompleksi, Z.Xəlilov küçəsi 26

📱 (055) 802 50 76

📱 (051) 802 50 76

📧 [email protected]

 

#nracademy #karyera #karyeranıbizimləqur #tələbə #təcrübə #proqram #tələbətəcrübəproqramı #ödənişlitəcrübə #işvar #gənc #iş #iştəcrübəsi

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin