Bəhmənyar Klubu yeni təlimlər sessiyası ilə qarşınızdadır

0

📜Salam, dostlar. Bəhmənyar Klubu yeni təlimlər sessiyası ilə qarşınızdadır.
Bu gündən açıq elan etdiyimiz “Collège de Bahmânyar” layihəsində sentyabr ayının 23-dən etibarən ardıcıl təlimlərə başlayacağıq.
10 təlimdən ibarət olacaq layihə Bakı Dövlət Universitetində və təlim üçün nəzərdə tutulmuş məkanda təşkil olunacaq. Digər universitetlərin tələbələri və arzu edən hər kəs iştirak edə bilər. 🚀 Təlim Azərbaycan dilində aparılacaq.

Təlimlər Bakı Dövlət Üniversitetinin müəllim və doktrantları tərəfindən aparılacaq..

📚Təlimin əsas mövzuları Sokrat və Platon idealizmi; Aristotel; Ellinist fəlsəfə məktəbləri, Stoisizm; Xristianlıq və neoplatonizm, İnancvə fəlsəfə; Fəlsəfənin qaranlıq çağları və Şərqdə fəlsəfənin intibahı; Renessans və müasir fəlsəfənin doğuşu; Descartes; Bekon; Fransız maarifçiliyi; Klassik Alman fəlsəfəsi ətrafında olacaq

Təlimlər həftədə iki dəfə, həftə içi və həftə sonu olmaqla baş tutacaq. Hər təlim iki saat müddətinə davam edəcək, fasilə və sonda sual-cavab hissəsi üçün vaxt ayrılacaq.

📋Təlimlərdə iştirak etmək sərbəstdir. İştirak üçün qeydiyyatdan keçmək məcburidir. Qeydiyyat mərhələsi 20 sentyabr tarixində başa çatır, ⏳20-⌛23 sentyabr tarixində təlim üçün seçilmiş şəxslərə tərəfimizdən məlumat veriləcək.

Qeydiyyat Linki: https://forms.gle/WAdGHzwy63n2QAPd9 https://www.facebook.com/events/463634237816203/

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin