Masallıda 3 günlük layihə – “Gənclərin məşğulluq imkanlarının artırılmasına dəstək” layihəsi

0

Azərbaycan Respublikası Gənclər Fondunun XII qrant müsabiqəsində qalib olmuş “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi tərəfindən icra edilən “Gənclərin məşğulluq imkanlarının artırılmasına dəstək” layihəsinə İŞTİRAKÇI SEÇİMİ başlamışdır.

Layihənin məqsədi Region gənclərinin işə qəbul zamanı tələb olunan bacarıqların təkmilləşdirilməsi, gənclərin bu istiqamətdə proqram və müsahibələrdə iştirakının artırılmasına dəstək olmaqdır. Təlimlər 3 gün 3 gecə olmaqla həyata keçiriləcək. Gənclərə özünütəqdimetmə, komanda işi, şəbəkələşmə, bacarıqların təhlili, işə müraciət qaydaları, iş elanlarının təhlili, CV yazılışı, müsahibədə uğurlu iştirak və s. bu mövzularda təlimlər keçiriləcək. Təlimin sonuncu günü Masallı rayonunda bir çox müəssisələrə məşğulluq sahələri ilə tanış olmaq üçün ekskursiyalar təşkil olunacaqdır.

Layihədə ölkənin müxtəlif regionlarından işsiz, hərbi xidmətdən yenicə qayıdan, univeristet və ya kollec bitirmiş və ya hal-hazırda təhsil alan tələbə, gənclər iştirak edə bilər. Layihəyə 25 nəfər gənc iştirak hüququ qazanacaq. İştirakçıların qalma, qidalanma xərcləri təşkilat tərəfindən qarşılanacaqdır. (Nəqliyyat xərcləri QARŞILANMIR).

Müraciət üçün son tarix: 10.10.2019

 

Təlimlərin keçiriləcəyi tarix: 25, 26, 27 Oktyabr 2019-cu il

Təlimlərin keçiriləcəyi yer: Masallı rayon “Qala” İstirahət Mərkəzi

 

Təlimçi Rafət Şirəliyev.

Təlimçinin təcrübəsi:

– BMT İnkişaf Proqramının SYSLAB (Gənclərin Təlim və Məşğulluq Məkrəzi) layihəsinin 3 illik koorindantoru və təlimçisi

– Beynəlxalq Əmək Təşkilatının “Özünü biznesinə başla” üzrə təlimçi

– Bir çox yerli və xarici layihələrin rəhbəri və iştriakçısı

Qeydiyyat https://forms.gle/CetMD1qAExgupx4SA

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin