Azərbaycan Beynəlxalq Bankının sosial layihə çərçivəsində yaratdığı IBA Tech Akademiyasına bu gündən qəbul başlandı

0

Salam dostlar,
Xəbəriniz olsun ki, Azərbaycan Beynəlxalq Bankının sosial layihə çərçivəsində yaratdığı IBA Tech Akademiyasına bu gündən qəbul başlandı!

Bu akademiyada 100 tələbə iki ay yarım ərzində informasiya texnologiyaları sahəsində yeni ixtisasa yiyələnəcək.
Bu məsələdə Azərbaycan Beynəlxalq Bankına DAN.IT education təhsil mərkəzi dəstək verəcək.
İsrailin məşhur TELEM metodu əsasında aparılan tədris prosesində tələbələr bu işin əsl peşəkarı kimi yetişəcəklər.
Məzun olduqdan sonra informasiya texnologiyaları sahəsində iş tapmaq çox asan olacaq. Üstəlik, xüsusi fərqlənən məzunlara işə düzəlməkdə akademiya özü də dəstək verəcək.

Bankın sosial layihəsi olduğundan IBA Tech-də TƏHSİL TAM PULSUZDUR!
Akademiyaya qəbul üçün texniki təhsilin olması şərt deyil. 18 yaşı tamamlanan, öyrənməyə həvəsli hər kəs bu imkanı dəyərləndirə bilər.

Bəs siz müraciət etmək istəmirsiniz?!
O zaman ərizənizi bu link üzərindən elə indi bizə göndərin: https://ibatech.az
Yüksək texnologiyalar nəslinə siz də qoşulun!

#ibatech #IBATechAcademy #ABB #DANIT

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin