“Azərbaycanın şagird və elmi marağı olanların virtual-mərkəzləşmiş ünsiyyət, müzakirə və tədris portalı” adlı layihəyə start verildi

0

“Azərbaycanın şagird və elmi marağı olanların virtual-mərkəzləşmiş ünsiyyət, müzakirə və tədris portalı” adlı layihəyə start verildi

“Gənclərin Tərəqqisinə Dəstək” İctimai Birliyi “Azərbaycan Gənclər Fondu”nun maliyyə dəstəyi ilə “Azərbaycanın şagird və elmi marağı olanların virtual-mərkəzləşmiş ünsiyyət, müzakirə və tədris portalı” adlı layihənin icrasına start verib. Layihəyə 15 sentyabr tarixində start verilmişdir. Layihənin ilk mərhələsində yaradılacaq sistemin alqoritmik və texnoloji strukturnun formalaşdırılması və proqramlaşdırılmasına start verilmişdir. Nəticədə veb və mobil proqram təminatının ilkin forması hazırlanaraq ictimaiyyətə internet resursları vasitəsilə təqdim olunması nəzərdə tutulur.
“GTD” İB xəbər verir ki, layihənin məqsədi şagird və elmi marağı olanların öz aralarında və müəllim heyyəti ilə canlı formada ünsiyyət quraraq məsələ və problemlərin həll olunması istiqamətində fəaliyyətin aparılmasını həyata keçirilməsini nəzərdə tutur. Şagirdlərin bir birləri ilə tədris müddəti ərzində öyrəndikləri məlumatların müzakirələr nəticəsində dahada təkmilləşdirilməsini nəzərdə tutur. Məktəblərin qardaşlaşmasını həyata keçirir.
Birlik sözügedən layihə çərçivəsində yaradılacaq sistem və ondan istifadə ilə bağlı olaraq Bakı şəhərində universitetlər və məktəblilər arasında məlumatlandırma sessiyaları təşkil edəcək.
Ümumilikdə, keçirilən 4 maarifləndirici tədbir çərçivəsində və sosial internet resurslarında 10000 nəfərə yaxın elmə marağı olan və xüsusən tələbə və şagird heyyətinin faydalanacağı hədəf qoyulmuşdur.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin