AT-Geotech şirkətində – Təcrübə proqramı

0

AT-Geotech şirkətində məzun və tələbələrin sonda işlə təmin olunacağı təcrübə proqramına qeydiyyat başladı

İşləmək arzusunda olan, öyrənməyə həvəsli, şəxsi inkişafı, peşəkar vərdişləri və praktiki biliklərini artırmağa maraqlı olan, təşəbbüskar, komandada işləməyi bacaran və

1)İT
2)ERP
3)SƏTƏM
4)İnsan Resursları

sahələri üzrə yüksək ixtisas biliklərinə sahib gənclər üçün təcrübə proqramı elan edirik!

Təcrübə proqramının seçimi testləşdirmə və bir neçə mərhələdən ibarət olmaqla müsahibə əsasında həyata keçirilir:

1. Testləşdirmə – Məntiqi təfəkkür; Psixoloji; Dil və Komputer biliklərinin yoxlanılması məqsədilə test imtahanları

2. Müsahibə.

Müsahibə və testlərdən uğurla keçən namizədlərə 4-8 həftəlik təcrübə müddəti təyin olunur. Həmin müddət ərzində təlim keçiriləcək. Təlim sonunda iştirakçılar imtahan olunacaq. Yetərli bal toplayan şəxslər sonda işlə təmin olunacaqlar. Hər sahə üçün minimum 2 vakant yer!

Təcrübə proqramında iddiaçı olmaq üçün gənclər aşağıda qeyd olunan bütün tələblərə cavab verməlidir:

– Azərbaycan Respublikasının vətəndaşı

– Tam və ya Natamam-Ali təhsil

– Səlis nitq

– Əlavə dil bilgiləri (intermediate)

– Sərbəst şəkildə komputer biliyi (Microsoft office – intermediate)

– Məntiqi təfəkkür

Ofis XIRDALANda yerləşdiyi üçün yaxın ərazilərdən namizədlərin müraciət etməsi daha arzu ediləndir.

(SƏTƏM sahəsi üçün namizədlər bölgələrə ezama hazır olmalı)

Təcrübə proqramına qoşulmaq istəyənlərdən [email protected] ünvanına CV formalarını göndərərkən mövzu yerində aidiyyatı sahəni (Məsələn:”SƏTƏM sahəsi üzrə təcrübə proqramı”) qeyd etmələri xahiş olunur.

#Internship #Vacancy #IT #HR #HSE #SƏTƏM #ERP

✅ Dostlarımızla paylaşın bu postu

🆗 Facebook Dostlarını səhifəni bəyənməyə çağır

#Share

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin