GƏNCLƏRİN NƏZƏRİNƏ-Jurnalistika təlimi

0

GƏNCLƏRİN NƏZƏRİNƏ !!!
Demokratik Təşəbbüslər İnstitutunun (IDI) Demokratiya Məktəbi yaxın günlərdə gənc jurnalistlərin yetişdirilməsini hədəfləyən növbəti ödənişsiz təlim-kurslarının təşkilini nəzərdə tutur. Noyabr-Yanvar ayları ərzində 12 həftə davam edəcək təlimlər 24 məşğələdən ibarət olacaq.
Təlimlər jurnalistika və media hüququ sahəsində Azərbaycanda fəaliyyət göstərən ən təcrübəli və peşəkar təlimçilərin iştirakı ilə aparılacaq. Bundan başqa təlim dövründə və sonra iştirakçıların yaradıcılıqlarının və peşəkarlıqlarının formalaşması üçün onların hazırladıqları materialların yayılması təşkil ediləcək.
Təlimdə iştirak etmək arzusunda olan, jurnalist olmağa maraq göstərən, ali təhsilli (xüsusi istedadlılara ali təhsil şərti istisna ola bilər), 30 yaşa qədər olan gənclər 13 oktyabr 2019-cu ilə qədər aşağıda tələb olunan məlumatları təqdim edə bilərlər:

https://docs.google.com/forms/d/1aHMKXzuN7wvn5FOKeNbEJTjV7ga3iRXqIRNI3FYfU_k/viewform?edit_requested=true

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin