“Eduexpo” sərgisi çərçivəsində “Müasir təhsil sistemindəki nailiyyətlər və əsas məqsədlər” müzakirə paneli keçiriləcək

0

Hörmətli yuxarı sinif şagirdləri və tələbələr!

Müasir təhsil haqqında daha çox məlumat əldə etmək istəyirsiniz?

Sizi 10-12 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək “Eduexpo” – 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinə dəvət edirik!

Sərgidə Azərbaycan və Almaniya, Belarus Respublikası, Çex Respublikası, Qazaxıstan, Özbəkistan, Polşa, Rusiya və Türkiyə kimi xarici ölkələrin ali təhsil müəssisələri iştirak edirlər.

Həmçinin, sərgidə Avropa İttifaqının “Avropada Təhsil” guşəsində Avstriya, Çex Respublikası, Fransa, İsveç, Latviya, Litva, Macarıstan, Niderland Krallığı, Polşa, Rumıniya səfirlikləri və ali təhsil müəssisələri, Avropa İttifaqının Erasmus+ proqramı, Gənc Avropa Səfirlərinin stendləri və Şərq Tərəfdaşlığında Avropa Məktəbi təqdim olunacaq.

 

Diqqət!

Sərgidə xaricdə ödənişsiz təhsil və tələbə mübadiləsi üzrə müxtəlif proqramlar (Aİ-nın Erasmus+ daxil olmaqla) təqdim olunacaq.

 

“Eduexpo” sərgisi çərçivəsində “Müasir təhsil sistemindəki nailiyyətlər və əsas məqsədlər” müzakirə paneli keçiriləcək. Bu panel çərçivəsində təhsil sahəsindəki mütəxəssislər müasir təhsil haqqında fikirlərini “canlı” dialoq şəklində bölüşəcəklər və bütün suallarınızı cavablandıracaqlar.

Tarix: 12 oktyabr, şənbə

Vaxt: 12:00 – 14:00

Məkan: (Bakı Ekspo mərkəzi, Zal 1,təqdimat sahəsi)

 

Məruzəçilər:

 

Baba Kərimli, “CELT Colleges” dil kurslarının xaricdə təhsil üzrə meneceri (12:15-12:30)

Mövzu: Azərbaycanda yoxsa xaricdə təhsil?

Prezentasiyanın dili: azərbaycan

***

Günay Rəsulova, Təsisçi, “You will speak” Tədris Mərkəzi( 12:30-12:45)

Mövzu: Xarici dili necə öyrənmək olar? Tövsiyələr və ön 10 üsul

Prezentasiyanın dili: azərbaycan

***

 

Emil Leznik, “Landau” məktəbi, Leznik&Co dil kurslarının həmtəsisçisi (12:45 – 13:00)

Mövzu: Xaricdə təhsil

Prezentasiyanın dili: rus

***

Elvira Bağırova, “Dərs Evi” tədris mərkəzinin PR & GR üzrə meneceri (13:00 – 13:15)

 

Mövzu: Peşə yönümün zərurəti. Peşə seçimi

Prezentasiyanın dili: rus

***

Aysel Hüseynova“Motivated Outstanding Mothers” təşkilatının təsisçisi (13:15-13.30)

Mövzu: Gələcək üçün bacarıqlar

Prezentasiyanın dili: azərbaycan

***

 

Tədbirə qeydiyyatdan keçmək üçün linkdən keçin: https://eduexpo.az/az-discussion/

Gəlin, məlumat eldə edin, suallarınızı verin və cavablar alın!

Sərgi haqqında ətraflı məlumatı, eləcə də elektron dəvətnaməni rəsmi saytdan www.eduexpo.az əldə edə bilərsiniz.

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin