“Məşğulluq akademiyası” layihəsi

0

Əziz gənc
Gənclərin məşğulluğu problemi və bu problemin həlli istiqamətində məhsuldar nəticələrin əldə olunmasını əsas tutaraq, Qaradağ gənclərini əhatə edəcək “Məşğulluq akademiyası” layihəsini həyata keçirəcəyik. Sənə təklif edəcəyimiz xidmətlərdən istifadə etmək istəyirsən? Elə isə bizə qoşul!
Akademiyanın məqsədi işsiz və iş axtaran vətəndaşların əmək bazarına çıxış imkanlarına malik olmaları üçün onların yeni peşələrə yiyələnməsinə şərait yaradılması istiqamətində işlərin aparılmasıdır. Gənclərin əmək bazarına çıxış imkanlarına nail olması gözlədiyimiz ən mühüm gözləntidir.

Seçim meyarları:

• Akademiyaya müraciət edənlərin yaş həddi 14 – 29 yaş aralığında iş axtaran və işsiz gənclər olmalı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmalı;
• Verilən tapşırıqların düzgün yerinə yetirməli;
• Yaxşı ünsiyyət və komandada işləmə bacarığı olmalı;
• Davranış etikasına əməl etməli;

Akademiya 2 əsas hissədən ibarətdir:

1. Hazırlıq mərhələsi
2. İcra mərhələsi

İcra mərhələsi özü 4 hissədən ibarət olacaq:
 Təlim
 İxtisaslaşdırma kursları
 Şirkətdə təcrübə proqramının keçiriliməsi
 Mükafatlandırma

Mob: (+99455) 269 59 92

Tel: (+99412) 565 89 80

Qaradağ r. Sahil qəs, Məhərrəm Seyidov küç. 32K

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin