Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi aşağıdakı
rayon və şəhərlər üzrə Kiçik və Orta Biznesin Dostu (“KOB Dostu”) vəzifəsinə işə qəbul
elan edir:
Tovuz
Şəmkir
Bərdə
Zaqatala
Kürdəmir
Salyan
Hacıqabul
Şirvan
Lənkəran
Masallı
Vəzifə və öhdəliklər:
– Fəaliyyət göstərdiyi regionda səlahiyyətləri çərçivəsində Agentliyi təmsil etmək;
– KOB-ların təşəbbüs və təkliflərinin reallaşdırılması istiqamətində tədbirlər görmək;
– Təmsil etdiyi regionda KOB subyektlərinin fəaliyyətlərində qarşılaşdığı problemlərin
həllinə operativ dəstək göstərmək;
– Agentliyin funksiyaları ilə bağlı maarifləndirmə işlərini yerinə yetirmək;
– Təmsil etdiyi regionda KOB sektorunun inkişafı ilə bağlı təkliflər hazırlamaq və
Agentliyə təqdim etmək;
– Sahibkarlığın inkişafının qiymətləndirilməsi ilə bağlı Agentlik tərəfindən göstərilən
xidmətlər üzrə səlahiyyətləri daxilində sorğu və müşahidələr aparmaq;
– Qabaqcıl təcrübənin öyrənilməsi ilə bağlı forumların, konfransların, seminarların, digər
tədbirlərin işində iştirak etmək, sahibkarlığın inkişafı ilə bağlı digər işlər görmək;
– Ərazi üzrə zəruri dövri hesabatların və məlumatların hazırlanmasını, emalını, təhlil və
ümumiləşdirilməsini həyata keçirmək;
– Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və
təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq
baxılmasını və aidiyyəti üzrə əlaqələndirilməsini təmin etmək.
Namizədə tələblər:
– Ali təhsil tələbi: Bakalavriat səviyyəsi – iqtisadiyyat və ya idarəetmə ixtisasları qrupu;
– Uyğun sahə üzrə iş təcrübəsi olanlara üstünlük veriləcək;
– Sahibkarlıq fəaliyyəti üzrə zəruri iqtisadi və qanunvericilik bilikləri olmalı;
– Sahibkarlara göstərilən dövlət dəstəyi və təşviqetmə mexanizmləri haqqında məlumatlı
olmalı;
– İqtisadi təhlil, sorğuların keçirilmə metodları barədə məlumatlı olmalı.
Şərtlər:
– Tam iş günü, iş qrafiki I-V günlər.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “KOB
Dostu (region adı)” yazaraq 30.10.2019-cu il tarixinə qədər [email protected] ünvanına
göndərmələri xahiş olunur. Əks halda göstərilən vakansiya üzrə müraciətlər nəzərə
alınmayacaq. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Ev Vakansiyalar Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi aşağıdakı rayon və şəhərlər...