Tütünsüz Cəmiyyət veloyürüşü

0

Əziz dostlar!

“Sağlam Düşüncə” Gənclər Təşkilatı sizləri 20 oktyabr 2019-ci il tarixində Sumqayıt şəhərində təşkil ediləcək “Tütünsüz cəmiyyət” kampaniyasının açılış tədbiri olan velo-yürüşdə iştirak etməyə dəvət edir.

“Tütünsüz cəmiyyət” sağlam həyat tərzinin təbliği kampaniyası Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Sağlam Düşüncə” Gənclər Təşkilatının təşkilatçılığı ilə həyata keçirilir. Velo-yürüşə Respublika Olimpiya Velosiped Məktəbi də təşkilatı dəstək göstərir. Layihənin açılış mərasimində Sumqayıt şəhərində həvəskar velosipedçilər üçün velo-yürüş təşkil olunacaq və kampaniya çərçivəsində görüləcək işlər haqqında məlumat veriləcəkdir. Yürüş iştirakçıları “Tütünə yox” şüarı əks olunmuş köynəklərdə aksiyanın ideyasini təbliğ edərək əhalinin diqqətini tütünlə mübarizəyə cəlb etməyə çalışacaqlar.

Layihənin məqsədi:
– İctimai yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılması haqqında ictimai fikrin formalaşdırılması.
– Passiv ( ikincili) siqaretçəkmənin və tütünün zərərləri haqqında əhalinin maarifləndirilməsi.

Tədbirin proqramı:
11:00 – Toplanış (Sumqayıt Heydər Əliyev Parkı)
11:00-11:30 – Layihə və velo-yürüş haqqında məlumat və təhlükəsizlik qaydalarının izahı,
11:30-11:45 – Yürüş iştirakçılarına layihənin loqosu əks olunmuş köynəklərlə təmin edilməsi.
11:45-12:00 – Yürüşə hazırlıq, sıralanma
12:00-13:00 – Velo-yürüş (15 KM Şəhər içi marşrut)
13:00 – 14:00 – Çay süfrəsi (Sumqayıt Nəsimi Parkı)

Məlumat üçün bildirik ki, yürüşdə iştirak təmamilə ödənişsizdir və iştirak üçün qeydiyyat vacibdir. Yürüşdə iştirak etmək istəyənlər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər:

https://form.jotform.me/92874263230457

Sumqayıt velo-yürüşünün marşrutu və toplaşma nöqtəsi.
>>> https://goo.gl/z2JQPQ >>
Toplaşma yeri Sumqayıt Heydər Əliyev mərkəzinin qarşısı.

Qeydlər:
*** İştirak üçün minimum yaş həddi 16-dır.
*** Yürüşdə iştirak etmək üçün dəbilqənin olması vacibdir. Bununla bağlı yardıma ehtiyacınız olarsa xahiş edirik bizə bildirəsiniz və qeydiyyat formunda qeyd edəsiniz.
*** Bu yürüş Sumqayıt həvəskar velosipedçiləri üçün təşkil edildiyindən yürüşə Bakıdan 15-dən artıq qoşulmaq istəyən velosipedçi qeydiyyatdan keçdiyi təqdirdə nəqliyyat təşkil ediləcəkdir.

Öncədən anlayışınız üçün təşəkkür edirik !

***
Əlaqə:
Telefon: +994558237290
E-mail: [email protected]

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin