“Aztelekom” MMC hazırda baş ofisin İnzibati işlər departamentinin Kargüzarlıq və müraciətlərlə iş şöbəsinə “Təcrübəçi” qəbulunu elan edir.
Departament: İnzibati işlər;
Şöbə: Kargüzarlıq və müraciətlərlə iş;
Vəzifələri:
• Gələn müraciətləri növündən asılı olaraq qruplaşdırmaq;
• Tələb olunan hallarda aidiyatı şöbələrə yönləndirmək;
• Vətəndaşlardan daxil olan müraciətlərin yazılı cavablarını təyin olunmuş zaman çərçivəsində tərtib edərək hazırlayıb göndərmək.
Tələblər:
• Ali təhsil;
• Azərbaycan dilini mükəmməl dərəcədə bilməlidir;
• İşgüzar yazışma, sənəd dövriyyəsinin əsasları sahəsində nəzəri biliklərə malik olmalıdır;
• Kargüzarlığın aparılmasına dair 935 və 950 nömrəli fərmanlar haqqında bilgilərə malik olmalıdır;
• Word proqramını yaxşı bilməlidir.
(CV-də müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (İnzibati işlər üzrə Təcrübəçi) qeyd edin.
E-ünvan: [email protected]