“Təcrübə Danışır” platformasında təcrübə bu dəfə “Rəqəmsal Dünyadan” danışacaq

0

Hazır olun!
TEC TUDİFAK təşkilatçılığı ilə sadəcə 1 gün, 26 oktyabrda!
Özəl və dövlət sektoru ilə tələbələr arasında real təcrübə ilə nəzəriyyənin birləşəcəyi möhtəşəm platforma!
Hər biriniz tələbə olmamışdan əvvəl bir çox xəyallar və gələcəyiniz üçün planlar qurursunuz. Bu planlardan biri də uğurlu karyera qurmaqdır. Universitetə qəbul olub bitirmək bunun üçün kifayət edirmi? Əlbəttə ki, xeyr. Bunun üçün sahəsinin peşəkarları 26 oktyabrda “Təcrübə Danışır” platformasında birbaşa real təcrübələrini sizlərlə bölüşəcəklər. Təcrübə bu dəfə “Rəqəmsal Dünyadan” danışacaq!

Tədbirin Spikerləri və mövzuları:

🔻 Yusif Qasımov – Pasha Bank, Agile Coach
🔸Mövzu: “Rəqəmsal Transformasiyada Agile düşünmə tərzinin yeri və tətbiqi”

🔻 Rizvan Bağırlı – Code Academy, Art direktor və Qrafik-veb dizayn üzrə müəllim
🔸Mövzu: “Gözəl təqdimaet bacarığı”

🔻 Türkan Fərzəliyeva – Benish GPS, Marketinq Direktoru
🔸Mövzu: “İstehlakçı Davranışlarının Təkamülü”

🔻 Günay Cəlilova – Access Bank QSC, Korporativ bankçılıq və Marketinq üzrə İcraçı Direktor
🔸Mövzu: “Banklarda Online Satış”

🔻 Əli Xəyyam – Floor 6, İcraçı Direktor
🔸Mövzu: “Sosial Media və CRM”

🔻 Fərid Hacıyev – PreMark, Marketinq Direktoru
🔸Mövzu: “Rəqəmsal Marketinqdə mikro anlar”

🗓 Tarix: 26 oktyabr
⏰ Saat: 11:00
📌 Məkan: UNEC/IV tədris binası/Akt zalı
📝 Qeydiyyat linki: https://bit.ly/2VLHn5C

Qeyd: Sertifikat, coffee-break və hədiyyələrlə yanaşı biznes mentor Nadir Adilmanın “Gəncsən Başla” və “Məqsədlisən” kitabları pulsuz olaraq Təcrübə Danışır iştirakçılarına təqdim olunacaq! Odur ki, qeydiyyatdan keçməyə tələsin. Yerlər məhduddur!

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin