MASALLIDA GƏNCLƏRİN MƏŞĞULLUĞU İLƏ BAĞLI DÜŞƏRGƏYƏ START VERİLMİŞDİR

0

MASALLIDA GƏNCLƏRİN MƏŞĞULLUĞU İLƏ BAĞLID ÜŞƏRGƏYƏ START VERİLMİŞDİR.

25 oktyabr 2019-cu ildə Masallı rayonu, Qala İstirahət Mərkəzində, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə, “Tərəqqi”gəncliyin inkişafı ictimai birliyi tərəfindən icra olunan “Gənclərin məşğulluq imkanlarının artırlmasına dəstək” layihəsi çərçivəsində düşərgəyə start verilmişdir.Bu barədə məlumat verən layihə rəhbəri Raci Səfərov bildirmişidir ki, layihənin məqsədi region gənclərinin işə qəbul zamanı tələb olunan bacarıqlarının təkmilləşdirilməsi, gənclərin bu istiqamətdə proqram və müsahibələrdə iştirakının artırlmasına dəstək olmaqdır.Təlimləri beynəlxalq dərəcəli təlimçı Rafət Şirəliyev idarə edir.
Layihənin müddəti üç ay olmaqla 01 sentyabr – 01 dekabr 2019-cu il tarixləri əhatə edir.Layihə çərçivəsində müraciət etmiş gənclər arasından seçilmiş 25 nəfər iştirakçı arasında üç günlük olmaqla təlimlər keçiriləcəkdir və Masallının müxtəlif müəssələrinə ekskursiya ediləcəkdir.

“Tərəqqi”gəncliyin inkişafı ictimai birliyi.