MASALLIDA GƏNCLƏRİN MƏŞĞULLUĞU İLƏ BAĞLI KEÇİRİLƏN DÜŞƏRGƏ YEKUNLAŞMIŞDIR

0

MASALLIDA GƏNCLƏRİN MƏŞĞULLUĞU İLƏ BAĞLI
KEÇİRİLƏN DÜŞƏRGƏ YEKUNLAŞMIŞDIR..

25, 26, 27 oktyabr 2019-cu ildə Masallı rayonu, Qala İstirahət Mərkəzində, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə, “Tərəqqi”gəncliyin inkişafı ictimai birliyi tərəfindən icra olunan “Gənclərin məşğulluq imkanlarının artırlmasına dəstək” layihəsi çərçivəsində düşərgəyə yekun vurulmuşdur.Bu barədə məlumat verən layihə rəhbəri Raci Səfərov bildirmişidir ki, layihənin məqsədi region gənclərinin işə qəbul zamanı tələb olunan bacarıqlarının təkmilləşdirilməsi, gənclərin bu istiqamətdə proqram və müsahibələrdə iştirakının artırlmasına dəstək olmaqdır. Layihənin müddəti üç ay olmaqla 01 sentyabr – 01 dekabr 2019-cu il tarixləri əhatə edir.Layihə çərçivəsində müraciət etmiş gənclər arasından seçilmiş Bakı, Mingəçevir, Şəki, Qazax, Biləsuvar, Lənkəran, Cəlilabad, Cəbrayıl, Xocavənd, Zərdab, Lerik, Ağdam rayonlarının gənclərindən ibarət 25 nəfər iştirakçı arasında üç günlük olmaqla düşərgə təşkil edilmişdir. Düşərgədə iki günlük təlimlərdə iştirakçılara təqdimat bacarıqları, bacarıqların təhlili, işə müraciət qaydaları, ünsiyyət qurmaq bacarıqları, zamanın idarə edilməsi, komanda işinin qurulması, CV yazılışı qaydaları, müsahibə zamanı diqqət ediləsi məqamlar, özəl və dövlət qulluğunun fərqi mövzularında təlimlər keçirilmişdir. Təlimləri beynəlxalq dərəcəli təlimçı Rafət Şirəliyev idarə etmişdir. Layihədə nəzərdə tutulmuş facebook sosial şəbəkəsində “Gənclərin məşğulluğuna dəstək” adlı qrup yaradılmışdır. Düşərgənin sonuncu günü iştirakçılar Masallı rayonunda yerləşən Asan Xidmət Mərkəzinə, İstisu müalicə sanatoriyasına və Masallı Sənaye Məhəlləsinə ekskursiya etmişdir və müxtəlif peşə sahələri ilə tanış olmuşlar.Düşərgədə qonaq kimi Gənclər Fondunun nümayəndəsi Zaur Osmanov iştirak etmişdir.

“Tərəqqi”gəncliyin inkişafı ictimai birliyi.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin