Beyləqan rayonunun 10 məktəbində peşə və ixtisas yönümlü dərnəklərə yekun vuruldu

0
Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar
üzrə III qrant müsabiqəsi” çərçivəsində qalib olmuş Beyləqan kədn Çəmənli kənd
tam orta məktəbinin riyaziiyat müəllimi Ramin Niftizadənin icra etdiyi “Yuxarı
sinif şagirdləri üçün dərnəklərin təşkili” layihəsinə yekun vurulmuşdur.
Layihə çərçivəsində təlimlər təşkil edilmişdir. Təlimlər Beyləqan rayonun 10
məktəbində (Çəmənli kənd tam orta məktəb, I Şahsevən kənd 1 nömrəli tam orta
məktəb, II Şahsevən kənd tam orta məktəb, Dünyamalılar kənd 1 nömrəli tam orta
məktəb, Dünyamalılar kənd 2 nömrəli tam orta məktəb, Bünyadlı kənd tam orta
məktəb, Gödəklər kənd tam orta məktəb, Xalac kənd tam orta məktəb, Yuxarı
Çəmənli ümumi orta məktəb və Əhmədli kənd tam orta məktəb) həyata
keçirilmişdir.
Layihə rəhbəri Ramin Niftizadə və layihə təlimçisi Rafət Şirəliyev məktəblilərə
layihənin donoru Azərbaycan Respublikasının Təhsil Nazirliyinin qrant
müabiqələri və elm, təhsil və innovasiyalar ilə bağlı həyata keçirtdiyi fəaliyyətlər
haqqında, hazırki layihənin abituriyentlərin peşə və ixtisas seçimi, karyera
planlaması, imtahanlar öncəki stressin idarə edilməsi, bacarıqların təhlili, məqsədin
müəyyən edilməsi və s. mövzularda məlumatlandırmış və müxtəlif müzakirələr
aparılmışdır.
Layihədə ümumi olaraq 219 şagird iştirak etmişdir.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin