“Azercell Telekom” MMC 2020 Tələbə Təqaüdü Proqramını elan edir

0

“Azercell Telekom” MMC 2020 Tələbə Təqaüdü Proqramını elan edir!
Proqram üzrə Azərbaycanın ali təhsil ocaqlarının son iki kursunda təhsil alan tələbələr müraciət edə bilərlər.
Qalib gələn tələbələr Azercell şirkəti tərəfindən cari təhsil müddətinin sonuna qədər 200 AZN məbləğində aylıq tələbə təqaüdünü almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə və sosial fəaliyyətlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə iş təcrübəsini keçmək imkanını əldə edəcəklər.
Azercellin Tələbə Təqaüdü Proqramı və müraciət qaydaları haqda daha ətraflı məlumatı www.azercell.jobs səhifəsindən əldə edə bilərsiniz.
Yeni dərs ilində Azercell təqaüdçüsü adını qazanmaq fürsətini qaçırma!

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin