Gənclik İnkişaf Forumunun növbəti qonağı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimlidir

0

Gənclik İnkişaf Forumunun növbəti qonağı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimlidir

 

Mövzu: Xaricdə təhsil və karyera

Tarix : 3 noyabr, saat 10:30

Məkan:  Bakı Gənclər Mərkəzi

Ünvan: Bakıxanov qəsəbəsi, M.Fətəliyev küç.56

Qeydiyyat üçün:

https://docs.google.com/forms/d/e/1FAIpQLSdkH3ZAq-Sz19tWmgJl5PPWmeT2p3RO74uFJ7XkbyGT7nV7bQ/viewform?vc=0&c=0&w=1&fbclid=IwAR3GCHNqjPOBR9sw46AqSgD_iHjB8kOQwDNON0i183X5dRnqGV_vbdK0TAg

 

Görüşdə xaricdə təhsil və onun üstünlükləri, ali təhsil ocaqlarının seçimində nələrə diqqət yetirilməli, necə araşdırma aparılmalı, xaricdə təqaüd və dövlət proqramlarının önəmi, karyera qurmaq üçün düzgün ixtisas seçiminin vacibliyi, uğurlu karyera üçün əsas biliklər, peşəkar inkişaf və karyera irəliləyişi imkanı, eləcə də bu kimi mövzularda sizi maraqlandıran suallar cavablandırılacaq.

 

Mətin Kərimli (qısa bioqrafiya)

Təhsili:

1995-1999 BAKI DÖVLƏT UNİVERSİTETİ, Beynəlxalq əlaqələr üzrə bakalavr dərəcəsi

2000-2001 STRASBURQ UNİVERSİTETİ, Avropa elmləri üzrə magistr dərəcəsi, Avropa elmləri üzrə Fənlərarası diplom-Strasburq, Fransa

2005 TƏHLÜKƏSİZLİK ELMLƏRİ ÜZRƏ C. MARŞAL AVROPA MƏRKƏZİ Ali Təhlükəsizlik Elmləri üzrə Liderlər Proqramı-Qarmiş, Almaniya

2006 NATO MÜDAFİƏ KOLLECİ, Ali kurs-Roma, İtaliya

2012 HARVARD UNİVERSİTETİ, Kennedi İdarəçilik Məktəbi Kembriç (ABŞ), Dövlət idarəetməsi üzrə magistr dərəcəsi, Dövlət siyasəti və idarəetməsi üzrə Edvard Mason Proqramı

2017-2018 CORC VAŞİNQTON UNİVERSİTETİ, Magistr Sertifikatı, Layihələrin İdarəedilməsi, (Bakı Ali Neft Məktəbinin Layihələrin İdarəedilməsi Məktəbi), Bakı, Azərbaycan

 

İş təcrübəsi:

1998-1999 AZƏRBAYCAN RESPUBLİKASI GƏNCLƏR TƏŞKİLATLARI MİLLİ ŞURASI, İqtisadi və sosial məsələlər üzrə vitse-prezident

2005-2008 AR XARİCİ İŞLƏR NAZİRLİYİ Referent, Attaşe, Üçüncü katib, Siyasi-hərbi məsələlər şöbəsi

2008-2009 ŞİMALİ ATLANTİKA MÜQAVİLƏSİ TƏŞKİLATI (NATO), Sülh Naminə Tərəfdaşlıq zabiti, Beynəlxalq katiblik-Brüssel, Belçika

2009-2011 AZƏRBAYCAN RESPUBLİKASININ NATO YANINDA NÜMAYƏNDƏLİYİ İkinci katib-Brüssel, Belçika

2011 AR XARİCİ İŞLƏR NAZİRLİYİ İkinci katib, siyasi-hərbi məsələlər şöbəsi

2012-2014 AR VERGİLƏR NAZİRLİYİ Rəis, Beynəlxalq əlaqələr idarəsi

2014-hazıradək AR ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ, Nazir müavini

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin