“Münaqişələr Mediada” layihəsi

0

“Münaqişələr Mediada”
Əziz gənclər, sizi “Münaqişələr Mediada” layihəsində iştirak etməyə dəvət edirik!
Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) Avropa İttifaqının “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu” (PeaCE) layihəsi çərçivəsində, “Böyük Britaniyanın “Münaqişə, Sabitlik və Təhlükəsizlik Fondu” tərəfindən birgə maliyyələşdirilən “Münaqişələr Mediada” layihəsi noyabr və dekabr ayları ərzində həyata keçiriləcəkdir.

📌 Layihənin məqsədi nədir?
Layihənin məqsədi tədqiqat sahəsinə marağı olan və bu sahədə biliklərini artırmaq istəyən gənclərə xüsusi təlimlərin keçirilməsi və bu təlimlərdən əldə etdikləri bilik və bacarıqların sərbəst şəkildə praktikada tətbiq etmək imkanı yaradılmasıdır.

📌 Layihə necə keçiriləcək?
Layihə 3 hissədən ibarət olacaq. Hər hissədə iştirakçılar münaqişələr, münaqişələr və media, media monitorinqinin keçirilməsi haqqında maarifləndiriləcək. Hər hissənin sonunda iştirakçılara tapşırıqlar veriləcək. Layihənin sonunda iştirakçılar münaqişələr mediada necə əks etdirilməsi üzrə media monitorinqi aparacaq və əldə etdikləri nəticələrə uyğun hesabat hazırlayacaqlar. Layihənin keçiriləcəyi dil Azərbaycan dilidir.

🗓 Layihənin müddəti:
Layihə 2 ay olmaqla noyabr ayının 20-dən yanvar ayının 20-nə kimi davam edəcək.

📌 Layihədə iştirak üçün tələblər:
20-27 yaş aralığında olmaq
Münaqişələr və Tədqiqat sahəsində maraqlı və ya təcrübəli olmaq,
Komanda ilə işləməyi bacarmaq
Verilən tapşırıqları vaxtında yerinə yetirə bilmək.
Bu sahədə yüksək motivasiya

📍Qeydiyyatdan keçərkən nəzərə alınmalı olan bir neçə nüansı diqqətinizə çatdırmaq istərdik:
Layihədə nəzərdə tutulmuş təlim həftəiçinə düşə bilər. Hər sessiya yalnız bir gündən və konsultasiyadan ibarət olacaq.
Seçim iki mərhələli olacaq: müraciət formu əsasında seçilmiş şəxslər müsahibəyə dəvət olunacaq.
Layihədə 20 nəfər iştirak hüququ qazanacaqdır.
Yalnız seçilmiş şəxslər ilə əlaqə saxlanılacaq.
Layihə müddətində iştirakçıların nahar və çay fasilələri qarşılanacaq.
Layihəni uğurla bitirmiş şəxslər sertifikat ilə təmin olunacaqlar.

Son qeydiyyat tarixi: 15 noyabr 2019-cu il

Əlaqə vasitəsi:
[email protected]

Hər kəsə uğurlar!

Qeydiyyat linki
https://cutt.ly/ccrcmmp

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin